logo
ESRI əməkdaşları "Qeyri-maliyyəçilər üçün maliyyə" kursunda iştirak ediblər
ESRI əməkdaşları "Qeyri-maliyyəçilər üçün maliyyə" kursunda iştirak ediblər

"Qeyri-maliyyəçilər üçün maliyyə" kursu keçirilib.

1 iyun 2023-cü il tarixində İqtisadi Elmi Tədqiqat İnstitutu (ESRI) tabeliyində Təlim Tədris Mərkəzi tərəfindən "Qeyri-maliyyəçilər üçün maliyyə" kursu fəaliyyətə başlayıb.

Təlimdə ESRI-ni Makroiqtisadi siyasətin təhlili şöbəsinin kiçik elmi işçisi Asəm Məmmədov, Maliyyə, təminat və sənədlərlə iş şöbəsinin mütəxəssisi Aydan Axundova və Rəqəmsallaşma, innovasiya və sahibkarlıq siyasətinin təhlili şöbəsinin kiçik elmi işçisi Vüqar Abbasov təmsil ediblər.

Təlimdə maliyyə uçotu, vergi uçotu, beynəlxalq maliyyə standartları və s. mövzular ətrafında geniş müzakirələr aparılıb. 3 gün davam etmiş təlim 7 iyun tarixində yekunlaşıb.

© İstifadə zamanı www.esri.gov.az / www.theesri.com saytına istinad zəruridir.