ESRI tərəfindən “3-cü İƏT Beyin Mərkəzləri Forumu” çərçivəsində “Yeni Nəsil İqtisadiyyat: Çağırışlar və Perspektivlər” mövzusunda Konfrans keçiriləcək
Konfransa məqalələr qəbul edilir.
Hörmətli oxucular!
4 oktyabr 2024-cü il tarixində İqtisadi Elmi Tədqiqat İnstitutunun təşkilatçılığı ilə “3-cü İƏT Beyin Mərkəzləri Forumu” çərçivəsində “Yeni Nəsil İqtisadiyyat: Çağırışlar və Perspektivlər” mövzusunda Konfrans keçiriləcək.
Konfransın bölmələri:
İqtisadi düşüncəyə yeni yanaşmalar
İqtisadiyyatın davamlı inkişafının təmin edilməsi yolları
İqtisadi qərarvermədə ətraf mühitlə bağlı problemlər
Yeni Nəsil İqtisadiyyatda təhsilin rolu
Digital texnologiyaların iqtisadi təsirləri
Yeni nəsil iqtisadçıların qarşısında duran əsas problemlər
Konfransda iştirak etmək üçün məqalə və tezislər 1 iyul 2024-cu il tarixinədək azərbaycan, rus və ingilis dillərinin birində conference@esri.gov.az elektron ünvanına göndərilməlidir.
Məqalə və ya tezislərin tərtib olunması qaydaları:
1. Mətn 12 ölçüdə Times New Roman şrifti ilə, sətirlərarası məsafə 2.0 intervalla, kənarlardan (hər tərəfdən 2.5 sm) boşluq buraxılmalı, paraqraflar soldan düzülmüş şəkildə, səhifələr sağ yuxarıdan nömrələnməlidir.
2. Məqalə və tezislərdə müəllifin adı və soyadı, elmi dərəcəsi, vəzifəsi, iş yeri, telefon nömrəsi və elektron poçt ünvanı qeyd edilməlidir.
3. Müəllifin soyadı və inisialları qalın şriftlə, məruzənin adı böyük, qalın şriftlə; təşkilatın adı adi şriftlə yazılmalıdır.
4. Məqalə formasındakı məruzələrin həcmi 6-10 səhifə olmalıdır. Məqalələrə “Xülasə”, “Nəticə”, “Ədəbiyyat siyahısı” əlavə olunmalıdır. Mətndə istinadlar [3] və ya [3; 6; 8] kimi yazılmalıdır.
5. Tezislər 3 səhifədən artıq olmamalıdır.
Təşkilat komitəsi Konfransın mövzusuna uyğun gəlməyən, qoyulan tələblərə cavab verməyən və aktual hesab edilməyən məqalələri qəbul etməyə bilər.