logo
CAREC Proqramı çərçivəsində virtual ölkə seminarı keçirilib
CAREC Proqramı çərçivəsində virtual ölkə seminarı keçirilib

Seminarda azad ticarət sazişlərinin müxtəlif konfiqurasiyalarının empirik qiymətləndirilməsi ətrafında müzakirələr aparılıb.

31 may 2023-cü il tarixində Asiya İnkişaf Bankının Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramı çərçivəsində icra edilən “CAREC Proqramına üzv ölkələrin iştirakı ilə azad ticarət sazişlərinin hazırlanması və icrasında bilik və bacarıqların gücləndirilməsi” mövzusunda regional texniki yardım layihəsi üzrə virtual formatda ölkə seminarı keçirilib.

Seminarda ölkəmizdə aidiyyəti tərəfdaşlar arasında azad ticarət sazişlərinin potensialı haqqında məlumatın yayılması, ticarət siyasətinin prioritetləri, azad ticarət sazişlərinin müxtəlif konfiqurasiyalarının empirik qiymətləndirilməsi ətrafında müzakirələr aparılıb.

Tədbirdə İqtisadi Elmi Tədqiqat İnstitutunu (ESRI) Keyfiyyətə nəzarət və planlaşdırma şöbəsinin aparıcı elmi işçisi Şükür Quliyev təmsil edib.

© İstifadə zamanı www.esri.gov.az / www.theesri.com saytına istinad zəruridir.