Görüş zamanı qurumlar arasında potensial əməkdaşlığın müxtəlif aspektləri müzakirə olunub.
4 may 2023-cü il tarixində İqtisadi Elmi Tədqiqat İnstitutunun (ESRI) Yerli və beynəlxalq əməkdaşlıq şöbəsinin baş elmi işçisi Natiq Mədətov və Elm, təhsil və karyera inkişafı şöbəsinin böyük elmi işçisi Elsevər Lətifli Argentinanın La Plata Milli Dövlət Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunun Avrasiya departamentinin koordinatoru Paulo Botta ilə görüşüblər.
Görüş zamanı qurumlar arasında potensial əməkdaşlığın müxtəlif aspektləri müzakirə olunub. Tərəflər Azərbaycanla Argentina arasında iqtisadi əməkdaşlıq və biznes imkanlarının araşdırılması, eləcə də, xarici investisiya və ticarət aspektindən hər iki ölkənin iqtisadi siyasətinin nəzərdən keçirilməsi barədə fikir mübadiləsi aparıblar.
Görüşdə həmçinin birgə elmi nəşrlərin dərc olunması, tədqiqatların aparılması və tədbirlərin keçirilməsinin məqsədəuyğun olduğu səsləndirilib.