logo
ESRI CAREC İnstitutunun 2-ci direktor müavininin seçilməsi ilə əlaqədar müsahibədə Azərbaycanı təmsil edib
ESRI CAREC İnstitutunun 2-ci direktor müavininin seçilməsi ilə əlaqədar müsahibədə Azərbaycanı təmsil edib

İqtisadi Elmi Tədqiqat İnstitutu (ESRI) Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) İnstitutunun  2-ci direktor müavininin seçilməsi ilə əlaqədar müsahibədə Azərbaycanı təmsil edib.

26 may 2023-cü il tarixində Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) İnstitutunun 2-ci direktor müavininin seçilməsi ilə əlaqədar müsahibə keçirilib.

CAREC İnstitutunun İnsan Resursları və Kadrlar Komitəsi tərəfindən virtual formatda keçirilmiş müsahibədə Azərbaycanı İqtisadi Elmi Tədqiqat İnstitutunun (ESRI) Yerli və beynəlxalq əməkdaşlıq şöbəsinin baş elmi işçisi Natiq Mədətov təmsil edib. Namizədlərə müvafiq suallar vermiş Mədətov qiymətləndirmə prosesində də iştirak edib.

Qeyd edək ki, CAREC İnstitutunun rəsmi tərəfdaşı olan ESRI 2022-ci ildə birgə fəaliyyət üzrə İnstitutla anlaşma memorandumu imzalayıb. ESRI ənənəvi olaraq CAREC İnstitutunun fəaliyyətlərində yaxından iştirak edir.

© İstifadə zamanı www.esri.gov.az / www.theesri.com saytına istinad zəruridir.