logo
“Azərbaycanda BMT-nin inkişaf təşəbbüslərinin həyata keçirilməsində Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirilib
“Azərbaycanda BMT-nin inkişaf təşəbbüslərinin həyata keçirilməsində Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirilib

İqtisadiyyat Nazirliyində “Azərbaycanda BMT-nin inkişaf təşəbbüslərinin həyata keçirilməsində Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirilib.

İqtisadiyyat Nazirliyində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar “Azərbaycanda BMT-nin inkişaf təşəbbüslərinin həyata keçirilməsində Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirilib.

Konfransda İqtisadi Elmi Tədqiqat İnstitutunu (ESRI) İdarə Heyəti sədrinin birinci müavini, iqtisad elmləri doktoru Arzu Hüseynova və Keyfiyyətə nəzarət və planlaşdırma şöbəsinin aparıcı elmi işçisi Şükür Quliyev təmsil ediblər.

Tədbirdə çıxış etmiş Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov, İqtisadiyyat naziri Mikayıl Cabbarov, BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Bik Lum Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası və Azərbaycan – BMT münasibətlərinin inkişafında Heydər Əliyevin müstəsna xidmətlərindən bəhs ediblər.

Konfransda digər natiqlər – Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, millət vəkilləri Ziyad Səmədzadə, Məzahir Əfəndiyev, Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, BMT Əhali Fondunun Ölkə üzrə Nümayəndəliyinin rəhbəri Fərid Babayev ulu öndərin zəngin iqtisadi bilik və təcrübəsi əsasında Azərbaycanda iqtisadi tərəqqinin, bazar iqtisadiyyatı prinsiplərinin tətbiqinə başlanması, qeyri-neft sektorunun, sənayenin, sosial infrastrukturun, qanunvericiliyin inkişafı və təkmilləşdirilməsi, insan hüquqlarının, gender bərabərliyinin təşviqi istiqamətində həyata keçirdiyi uğurlu islahatlardan söz açıblar.

Tədbir zamanı həmçinin ulu öndərin Azərbaycan – BMT əlaqələrinin inkişafı ilə bağlı gördüyü işlər və çıxışları əks etdirmiş film nümayiş olunub.

© İstifadə zamanı www.esri.gov.az / www.theesri.com saytına istinad zəruridir.