logo
Professor Arzu Hüseynova Monqolustanda beynəlxalq elmi konfransda çıxış edib
Professor Arzu Hüseynova Monqolustanda beynəlxalq elmi konfransda çıxış edib

Rəqəmsal iqtisadiyyat cəmiyyətin sosial-iqtisadi institutlarının mikro və makro səviyyələrdə transformasiyası prosesi ilə əlaqəli olan mürəkkəb bir hadisədir.

7 – 8 iyun 2023-cü il tarixlərində Monqolustanın Ulan-Bator şəhərində Beynəlxalq Elmi-Texniki İnformasiya Mərkəzi (ICSTI) və Monqolustan Elmlər Akademiyasının təşkilatçılığı ilə “Rəqəmsal mühit və iqtisadiyyat: elmi və texnoloji informasiyanın rolu” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Konfransda onlayn formatda İqtisadi Elmi Tədqiqat İnstitutunu (ESRI) təmsil etmiş İdarə Heyəti sədrinin birinci müavini, iqtisad elmləri doktoru Arzu Hüseynova “İqtisadiyyatın rəqəmsal transformasiya səviyyəsinin reytinq təhlili” mövzusunda çıxış edib.

A. Hüseynova çıxışında qeyd edib ki, rəqəmsal iqtisadiyyat cəmiyyətin sosial-iqtisadi institutlarının mikro və makro səviyyələrdə transformasiyası prosesi ilə əlaqəli olan mürəkkəb bir hadisədir. Buna görə də rəqəmsal iqtisadiyyat bir sıra reytinqlər vasitəsilə qiymətləndirilir. Bu reytinq qiymətləndirmə metodologiyası əsasən 5 subindeksdə birləşmiş 22 göstəricini özündə ehtiva edir, lakin bu metodologiya rəqəmsal iqtisadiyyatı tam qiymətləndirməyə imkan vermir. Odur ki, rəqəmsal iqtisadiyyatı hərtərəfli qiymətləndirmək üçün metologiya işlənib hazırlanmalıdır.

© İstifadə zamanı www.esri.gov.az / www.theesri.com saytına istinad zəruridir.