İqtisadi Elmi Tədqiqat İnstitutunda ixtisas fənləri üzrə fəlsəfə doktoru imtahanları və “İqtisadiyyatın ümumelmi əsasları” fənnindən imtahan keçiriləcəkdir.
Fəlsəfə doktoru imtahanlarının verilməsi iddiaçının dissertasiya müdafiəsinə buraxılması üçün mütləq şərtdir. Bu imtahanlar dissertasiyanın ilkin müzakirəsinədək keçirilir və nəticələri dissertasiyanın ilkin müzakirəsinədək 5 il müddətində etibarlı sayılır.
Fəlsəfə doktoru elmi dərəcəsi iddiaçısının hazırladığı dissertasiyanın profili üzrə elm sahəsində ali təhsilləri olmadıqda, onlar həmin elm sahəsinin ümumelmi əsaslarından əlavə imtahan verməlidirlər.
Həm ixtisas fənləri üzrə fəlsəfə doktoru imtahanı, həm də iqtisadiyyatın ümumi əsasları
fənnindən əlavə imtahanlar İqtisadi Elmi Tədqiqat İnstitutunda 30.05.2025-ci il tarixində saat 10:00-da keçiriləcəkdir.
İddiaçılar 28.05.2025-ci il tarixinədək imtahanda iştirak üçün tələb olunan ərizənin (pdf formada və imzalanmış) və şəxsiyyəti təsdiq edən sənədin surətini elektron formada office@esri.gov.az imeyl ünvanına təqdim etməlidirlər.
İmtahan yazılı və şifahi keçirilir. İmtahanın müddəti 2 saat 30 dəqiqədir. Doktorant sualları 2 saat ərzində cavab vərəqində yazılı, 30 dəqiqə ərzində imtahan komissiyasının üzvləri qarşısında şifahi qaydada cavablandırır. Hər bir imtahan bileti ixtisas üzrə 4 sualdan ibarətdir. İddiaçının biletində olan suallar və onlara verilən cavablar cavab vərəqində qeyd edilir. Doktorantın dissertasiya mövzusuna dair 5-ci sual imtahan komissiyası üzvləri tərəfindən ona şifahi cavablandırma zamanı verilir və cavab vərəqində qeyd edilmir. İmtahan komissiyasının üzvləri doktoranta biletə düşən suallar çərçivəsində və dissertasiya mövzusuna dair əlavə dəqiqləşdirici suallar verə bilərlər.
İxtisas fənni üzrə fəlsəfə doktoru imtahanının nəticəsində imtahan komissiyası üzvləri tərəfindən iddiaçının bilik səviyyəsi “əla”, “yaxşı”, “kafi” və ya “qeyri-kafi” ilə qiymətləndirilir.
İmtahana gələrkən şəxsiyyəti təsdiq edən sənədi unutmamağınızı xahiş edirik.
Əlaqə nömrəsi: +994 (51) 280 43 35
İXTİSAS FƏNLƏRİNDƏN FƏLSƏFƏ DOKTORU İMTAHANLARININ SUALLARI
"İQTİSADİYYATIN ÜMUMELMİ ƏSASLARI" FƏNNİNDƏN İMTAHAN SUALLARI